Sənin xəndan olur gül dodaqlarınOnda ki gözümdən yaşlar saçılır,Çünki sayəsində gur bulaqlarınÇiçəklər açılır, güllər açılır.Üzün şəfəqlənir mən ah çəkincə,Çünki od qızarar əsincə ruzgar.Hər şeyin axırı heçdirsə, məncə,Sənin gözəlliyin getdikcə artar.Çevirib üzünü nərəyə dönsən,Könlümün gözləri düşər ardına,Çünki təbiətdən öyrənmişəm mən,Günəbaxan baxar Günəş yurduna.Qurumuş göz yaşım, o gül üzündənAxar, daim axar, durmadan axar,Sellər coşqun olur çünki, qəflətənDoğunca gəncliyin fəsli ilk bahar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring