Dolaşma sıldırım sal qayalıqda,Daşlar ayağını əzər, maralım!Gəl səni bəsləyim gözümün üstdə,Etmə aşiqindən həzər, maralım!

Diksinə-diksinə qıya baxanda,Səksənmə könlümü oda yaxanda,Çeşmeyi-çeşmindən nurlar axanda.Qaynar bulaqlara bənzər, maralım!

Səyyarə tutmuşdur hüsnündən soraq,Bədnəzər gözündən olasan iraq!Köksümdə gəl gizlən, getmə çox uzaq,Hicran dağlarını gəzər, maralım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets