Könül oğurlayan bir adı vardır,Mələk deyil, amma qanadı vardır.Siyah qaşlarının kölgəliyindəDaima çırpınır iki göyərçin.

Qonaraq könlümün budaqlarına,Hər gün şeir oxuyurlar onlar mənimçin.İndi öz-özümə inanmışam mən,Nə qədər bəxtiyar insanmışam mən,Saçları andırır zərrin suları,Tökülüb axdıqca umuzlarına.Oxşayır bədəni, bəyaz əndamıKölgədə bəslənmiş quzey qarına.Amandır əsməsin tufan yelləriSolar eşqimizin qönçə gülləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets