Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.Bu bənzətmə bir az üzdən olsa da,Tamaşa görkəmi səmən kimidir.

Nə arzu eyləsən, könlümdə vardır,Eşqimin səhəri bir ilk bahardır.Ona könül verən nə bəxtiyardır,Fikrim-hissim təzə gülşən kimidir.

Müşfiqin ürəyi yarpaqdan incə,Titrəyir bir xəfif rüzgar əsincə,Məşuqun ayağı haraya dəysə,Orası aşiqə vətən kimidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love