Qəzəl: Xub yetişdin yaxşı aldın könlümü ey yar-hey
Xub yetişdin, yaxşı aldın könlümü ey yar-heyEy dolanım başına, ey nazin dildar-hey
Abi-heyvan, ruhi-qüdsi, ya Məsiha, sən nə sənHər nə sən, canım fəda olsun sənə ey yar-hey
Bəhri-rəhmət mövcə gəldi, əl-ətəş bəsdir könülAbi-kövsər başdan aşdı, mürği-atəşxar-hey
Qanımı mey, bağrımı qan, könlümü etdin kababÇeşm-hey nəzzarə-hey, ey şölə-ruxsar-hey
Sərvi qıldın payband və bülbülü lal eylədinŞivə-rəftar-hey, ey ləhcə-güftar-hey
Gərçə min yol şəm tək öldüm dirildim şərmdənYaxşı girdin qanıma ey taqəti-didar-hey
Fariğ etdin mərgdən Xızr-Məsiha tək məniEy həyati-cavidan, sərçeşməsi-güftar-hey
Dost öldürdü məni, ey düşmən, ölmək çağıdırYar yandırdı məni, yan indi ey əğyar-hey
Mən unutsam aşiqəm, amma unutmayın siz məniKəbə-hey, büthanə-hey, təsbih-hey, zünnar-hey
Gər sağalmaq könlü verdin Qövsi, ölməzsən, ölmə sənÇün təbibin qarşı gəldi, bəsdir ey bimar-hey
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-qezel-xub-yetisdin-yaxsi-aldin-konlumu-ey-yar-hey
Use ← → keys to move, R for a random poem
More by this author
Mən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.
Qəzəl: Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəZəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəKönlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə
Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəGərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə
Qəzəl: Nə vüsalın məni dildən sala hicran, nə rəvaNə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva