Mən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.Pərvanəvü bülbül kimi bitab degildim,Bilməm neçin oddan-oda, dildən-dilə düşdüm.Qüdsilərilə aləmi-əqdəsdə gəzərkənYarəb, neyləmişdim ki, bu abü gilə düşdüm.Nacinslərin söhbətini məndən eşit kim,Mən bir neçə gün, bir neçə huşyar ilə düşdüm.Ol kuyi dedin tərk eləyim tərki-sər etdim,Çün öz gücüm ilə belə durdum, belə düşdüm.Məcnun olub ol Leyliyi - aləm tələbində,Evdən-evə, çölden-çölə, eldən-elə düşdüm.Sordu ki, mənim dərdimə, Qövsi, necə düşdün?Baş qoydum ayağma ki, saqi, belə düşdüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern