İkaş eşqi ol bazicə sanmasaydım,Ta avarə-varə axır o odlara yanmasaydım

Dön başına dönərkən xab ü xəyal içində,İkaş oyanmasaydım, ikaş oyanmasaydım

Qılmazdı qeyrəti-eşq axır məni fəsanə,Məcnun hekayətin mən əfsanə sanmasaydım

Tez canı tapşırardım, tez kamımı alardım,Əndişə çəkməsəydim, bica oyanmasaydım

Olmur ki mərg yadı təlx etməsin həyatı,İkaş vəsl içində hicranın anmasaydım

Yarəb nolurdu, Qövsi, bir tifli-bitəmizin,Mehrinə uymasaydım, əhdinə inanmasaydım

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love