Əzəl başdan ki nəqdi-canımı cananə tapşırdım,Onun dərdü-bəlasın cümlə yığdım, cana tapşırdım

Yaxam bir lehzə qurtulmaz kəşakəşdən nə həsil kim,Bu kəştinin giryanın tutub tufana tapşırdım

Onun xalın dərin öz gözlərimdə saxladım mən kim,Əgər düşmənlərim can istədi, mərdanə tapşırdım

Biləydim kaş qəmmaz olduğun aynənin ol gün,Ki mən yarın xəyalın dideyi-heyrana tapşırdım

Pər pərvanətək hər kipər kim bir şölədir, ta mən,İnayətin könlümün ol atəşin cövlana tapşırdım

Məhəbbətdən görənin yaxşı yamanın könlümün, kim mən,Özüm çəkdim aralıqdan, evi mehmana tapşırdım

Dağıldı tarü-pudum, ta dili-sədparəmi yığdım,Onun hər pareyin bir növəki-müjgana tapşırdım

Nolaydı nəqdi-canım tapşırdım, ah kim, Qövsi,İnani-ixtiyarım saqiyi-məstanə tapşırdım

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love