Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsən
Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən
Zinhar əlinə aynə, ey sənəm, dil alma,Öz canına rəhm eylə ki odlara düşərsən
Tə'xir şəkinin dəxi gəncayişi yoxdur,Gər fikri-dəvayi-dili-bimarə düşərsən
Gər versə könül taqət nəzzareyi-firibin,Zinhar ona aldanma ki zinhara düşərsən
Mən dami-bəlayım, yeri məndən həzər eylə,Kim udma, ey Qövsi, bicarə düşərsən
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-qezel-ey-sunbuli-zulf-ol-gul-ruxsare-dusersen
Use ← → keys to move, R for a random poem
More by this author
Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!
Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et!
Olur hərçənd can şirin, vəli canan yerin tutmazOlur hərçənd can şirin, vəli canan yerin tutmaz,Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz.
Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdürOnunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur,Mənim könlüm alan yoxdur, sənə könlün verən çoxdur.