Sübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun

Ərğəvan tutdu piyalə, nəsrin doldurdu cam,Mütrib, çal nəğmə, ya əyyuhəl-müstəğfirun

Hüsni-ruyin hər görənlər afərin təhsin edər,Şükr edən in'ama yox, illa qəlilən təşkürun

Gözlərin sərxoşluğundan badə həm lafın oxur,Zir-i ləb saqi deyir hərdəm və lahum yəhzənun

Qövsinin fikri budur yolunda can qurban edə,Hər görəndə deyəsən innə iləyhi raciun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern