Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl,Getdim əldən, ey dolanım başına, dildar, gəl

Gəldi ayami-bahar, səs saldı bülbül aləmə,Gəl nə durmuş sən daxi, ey saqi-xunxar, gəl

Natəvanlıqdan yaman düşdüm mən ü bidəst ü pa,Gəl əlimdən tut, ayağın sədəqəsi, ey yar, gəl

Qönçəyə pərvanə tək bülbül tutub təkrar edər,Kim yerin boşdur sənin, ey şəm'i-ruxsar, gəl

Can nisar etdikdə bir ömr intizarın çəkmişəm,Ey təbibi-bimürüvvət, ta həyatım var, gəl

Naləsindən dərdi-sər çəkdin, müdara eylədin,İndi kim dildən düşübdür Qövsi bimar, gəl

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love