Qəzəl: Ey deyən Məcnun hanı, Məcnun mənəm, Leyli gərək
Ey deyən: Məcnun hanı, Məcnun mənəm, Leyli gərək,Surəti-divar çoxdur dəhrdə, mə'ni gərək
Hər kimi görsən Məcnundan, vəfadan laf vurar,Dəvayi-batil nə həsil, şahidi-dəva gərək
Aşiqə təmkin, istiğna ü taqət peşədir,Kim deyibdir kim gədanın təb'i müstəğni gərək
Mən səmumi-hicrdən bərbadam, ey badi-bahar,Ya nəsimi-sübhi-məhşər, ya dəmi-İsa gərək
Eşq isbatında, ey pərvanə, yandın, bilmədin,Kim bu surətxanədə dəvayi-bimə'ni gərək
Hüsnə eşq əhvalını ərz etmək asandır, vəli,Aradə nəzzarə tək bir dil bilən elçi gərək
Ey cünun, bil qədrini, çox çalma daşdan daşa kim,Səhldir Məcnun, Fərhad olmasa, Qövsi, gərək
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-qezel-ey-deyen-mecnun-hani-mecnun-menem-leyli-gerek
Use ← → keys to move, R for a random poem
More by this author
Yoxdur səbatı fəsli-gülün, ey həzar, heyf,Bir göz yumub açınca keçər nobahar, heyf
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
Qəzəl: Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəlGetmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl,Getdim əldən, ey dolanım başına, dildar, gəl
Qəzəl: Xəzan ayamı girdim bağa, yadi-nobahar etdimXəzan ayamı girdim bağa, yadi-nobahar etdim,Quru bir nalə ilə bülbülün dərdin həzar etdim