Onun qəddin nihali-ömri-cavidana bənzətdim,Sözün abi-həyatə, ləli-nabın cana bənzətdim

Onun can tazələrkən növki-müjganın xəta qıldım,Ki zəhri-çeşm ilə sirab olan peykana bənzətdim

Əzəl başdan bu səhvi etdi Məcnun, sanma kim yalqız,Gözin ahuya cananın mən divanə bənzətdim

Sənin, ey şaxi-gül, sərvi-rəvanın intizarında,Bu bağın şəbnəmin göz, səbzəsin müjgana bənzətdim

Əgər zahirdə könlüm təngzərf, məstü-rüsvadır,Onu bir gənci-gövhər yaşıran viranə bənzətdim

Muradım, mətləbim pərvanə könlün şad qılmaqdır,Əgər bir şölənı ol atəşin cövlana bənzətdim

Gözüm hərçənd sirab oldu, səliqi doymadı könlüm,Bu viran olmuşu dəryayi-bipayana bənzətdim

Qəddi-mövzununa Qövsi uyub məhv olduğundandır,Ki hər bir misrəyi mənidə bir divanə bənzətdim

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring