Üsyana başla
Əsrlərcə şərqlilərə kəsildin acı,Sən ey vəhşi, sən ey azğın imperyalizm!Gəl Çindəki üsyanlara baxma qıyqacı,Düşün, bu gün onlarda var böyük bir əzm.
Qızıl Kanton orduları alovlu bir dağKimi salmış varlığına atəş, zəlzələ,Şanxay qalsın, Nankinə də etdin əlvida,İnqilabın zərbəsilə gələrək dilə.
İndi coşqun bir dənizdir hər işçi Çində,Çəkil geri, qorxutmaz kimsəyi qüvvən,Sən get hərbin yollarını Kantondan öyrən!
Deyirlər ki, Nankin yanır alov içində,Yarın sönər zalımların tökdüyü yaşla.Salam sənə, Çin işçisi, üsyana başla!
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-usyana-basla
Use ← → keys to move, R for a random poem
More by this author
Gənc kolxozçu qardaşlarıma ithafUsta bir ev tikirdi, gözəl işdi gördüyü,
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.
Torpaq və traktorQranit damarları ey çəlik qanlı torpaq,Paltarı sərt dəmirdən əli qalxanlı torpaq,
TorpaqHər şeyin anası, qaynağı sənsən!Sənin varlığına ölüm-itim yox.
Poems by other poets
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,