Təzə ev
Gənc kolxozçu qardaşlarıma ithafUsta bir ev tikirdi, gözəl işdi gördüyü,Sanki bir cift qaranquş yuvasıydı hördüyü.– Can usta, mən bir çəlik yay kimi qurulmuşam,Urəkdən ahu gözlü bir qıza vurulmuşam.Həm gözəl, həm yeyin tik ruhumun məvasını,Əldən-ayaqdan düşən qəlbimin sevdasını.Qəlbimin dünya qədər şirin arzularını,Günəş fikirlərini, bahar duyğularınıQəşəng, ağ otağımda uyutmaq istəyirəm,Həsrətimi, şövqümü ovutmaq istəyirəm.Usta bir ev tikirdi, gözəl işdi gördüyü,Sanki bir cift qaranquş yuvasıydı hördüyü.– Can usta, mahir usta, gərək işin iş olsun;Çırağban göylər kimi eyvanım geniş olsun;Uzaqlaşsın xəyalım qaranlıqdan, vərəmdən,Ay batsın pəncərəmdə, gün doğsun pəncərəmdən;İşıq gülsün, oynasın evimdə ruhum kimi,Gələcək lalə üzlü, nur topu yavrum kimi.Usta bir ev tikirdi, gözəl işdi gördüyü,Sanki bir cift qaranquş yuvasıydı hördüyü.– Can usta, axı mənim böyük bir niyyətim var,Mənim həyat qurmağa qəlbim var, qüdrətim var.Can usta, qurtarsana ruhumun məvasını,Uyutmaq istəyirəm qəlbimin sevdasını!Həyətimdə səfalı bir bağ salacağam mən,Yurdumda bir misilsiz bağban olacağam mən.Çiçəklərlə, quşlarla dolacaq bağım mənim,Daşacaqdır həyatla əlvan otağım mənim.Ömrümüz həmişəlik bir bahar qucağında,Günəşin təbəssümü yarımın dodağında...Usta bir ev tikirdi, gözəl işdi gördüyü,Sanki bir cift qaranquş yuvasıydı hördüyü.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-teze-ev
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Nə tez oyanmısan qış yuxusundan,Hələ təzə gəlir bahar, qərənfil?
مژده وصلم صبا آورد و گریانم هنوزنیش بر دل میزند اندوه هجرانم هنوز
Gözlə-gözlə, sənMənəm bağça, sənsən bağban, barı gözlə-gözlə sən,Zəhmət çəkib gül becərsən, xarı gözlə-gözlə, sən,
Mantiq al-'Ushshaq, chapter 54به گل گفتند: بلبل بس حقیرستترا با او چرا این دارو گیرست؟