Gözlə-gözlə, sən
Mənəm bağça, sənsən bağban, barı gözlə-gözlə sən,Zəhmət çəkib gül becərsən, xarı gözlə-gözlə, sən,Şeytan olub ara vurma, arı gözlə-gözlə, sən,Qulağında sırğa olsun, varı gözlə-gözlə, sən.
Zimistanda çıxma yola, boran olar, qar olar,Ər igiddə namus olar, qeyrət olar, ar olar,Yağar çalpoy, əsər boran, toplananda qar olar,Mən bir dağam sinəm üstə, tarı gözlə-gözlə, sən.
Aşıq Alı leylü-nahar, səsləyibdi hey səni,Cəbrayıla ustad olan, ey ərənlər sərvəri,Xəlq olandan Adəm ata, həm də ki Nuhdan bəri,İstərsən tərlan olasan, barı gözlə-gözlə, sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-gozle-gozle-sen-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədirEylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir!
Saraltdın məniBir gül idin bitmiş idin bağçadaVermədin bir dənə saraltdın məni.
Bir namə yazım, badi-səba yarə yetirsinBir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.