Halay vurub, dəstə duran gözəllər,Öz yarımın başqa tayın görmədim.Qədəm qoydum bağçasına, bağınaHeyif ola, nübar payın görmədim.

Geyibsiniz çəpkən, başmaq, məsini,Çox görmüşəm gözəllərin bəhsini.Mən istərəm öz Bəstimin səsini,Harayladım, bir yol hayın görmədim.

Nə salıbsız qiylü-qalı, bəsdi, bəs,Aşıq Alı çox eşidib Bəsdi, “bəs”.Lazım deyil başqa gözəl, Bəsdi bəs,Bəsdi, - dedim, Bəsdi boyun görmədim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets