Bir məclisdə beş sərdar var,On ikidi şam nədən?O nədi ki, on dördlərinDamağında tam nədən?İkram ilə səcdə qılarAltmış üç adam nədən?

On yeddiynən hesab çəkir,Qərar gəlib Xudadan.Otuzuyla bir illiyəDövr eləyir xanadan.Bu “əmma”nı bilənnəriHifz edər Xudam - nədən?

Xudam bir dürr xəlq eləyib,On iki min tağı var.Neçə yerdə bəyənilmiş,Müzəyyən otağı var.Alıyam hesab çəkirəm,Mətləbə çatam nədən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love