Tiri xədəng nə atırsan dal-dala,Əl saxla, can alan, yaralar yarı.Naşı yar dəyəndə yar yarasına,İncidər, sızladar yaralar yarı.

Hədyan ərz eylədi dil, dara yıxdı,Haqsız tənə dəydi dildara, yıxdı.Əhdi ilqarına dildar ayıxdı,İstəsər rizana şaqqalar yarı.

Əqlin Alı, gərdişindən nə kəsə,Cəhd eylərsən, rast gələrsən nakəsə.Çəkir xəncər, nə yayına, nə kəsə,Cəlladın əlindən yar arar yarı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love