Dörddür-dörd
Ay səf çəkər il işindəHəftə kafi dörddü-dörd.Bahar fəsli yek sel eylərİftixarı dörddü-dörd.Həsdir, Kəbə, Nəcəf, MəşhədSəcdəgahlar diyarı.Uçar qonar mürği-ruhumPir diyarı dörddür-dörd.
Cahargahnan qərar tutdu,Əşya yerdə dayandı.Sənət sərmayə höhmündəSayaları bəyandı.Səməndərin cismi-canıOdda söndü, həm yandı.İstər uçan, istər qaçanBalu-pəri dörddür-dörd.
Şəmsi xilqət şərəflidir,Ululardan uludu.Kərəm eylər nanu-nəməkBəhrələnib, doludu.Gərdişimə növraq verənSəltənətin yoludu.Bəyan edir cəhətləri,Ünvanları dörddür-dörd.Neçə çeşmə qərar tutduMüdam nəhrin içində,Neçə nəhr ümman olduSaysız qəhrin içində,Neçə ümman dərya oldu,Bir sehirin içində.Dəryaların pür dəryası,Nəhəng varı dörddür-dörd.
Hey oxudum, hey aradım,Axır qaldım bisavad.Fəzli elə bir həmdəmdi,Kimsənəyə deyil yad.Aşıq Alı, zikr eylə,Abı, atəş, xakı, bad.Aşkar etdim dövranımınSəbəbkarı dörddür-dörd.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-dorddur-dord
Use ← → keys to move, R for a random poem