Dedim, könül, nə düşübsən həvəsdən,Şamama dərərəm, tağ inciməsin.Bu fani dünyadan bir köç eylərəm,Aran qəmgin olub, dağ inciməsin.

Bağban oldum öz könlümün bağına,Təbib dərman edə sinəm dağına.Uçurdum bülbülü dostun bağına,Oxusun bülbüllər, bağ inciməsin.

Alıyam, gileyim nadan əlindən,Yarımçıq qalandan, nadan əlindən,Bir güldür, almışam nadan əlindən,Yarpaq titrəməsin, şax inciməsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring