İstərəm
Elçi bəylər, xətrin məndən qalmasın,Bu adətlə elin işin istərəm.Əbrudan, atlasdan, ipəkdən, şaldan,Xara parçaların başın istərəm.
Gətir başlığına üçcə min manat,Üç qızıl bilərzik, bir qızıl saat.Bircə "hə" sözünə iki köhlən at,İpək heybə, yəhər qaşın istərəm.
İki dəvə gətir yanında köşək,Gələn töhfələr də olduqca qəşəng.Ətliyinə gətir 25 şişək,Kabab çəkmək üçün leşin istərəm.
Put yarım çay gətir, iki put şəkərSamavar qaynasın hər axşam, səhər.On beş gün kef çəkək burda sərasər,Qısır inək səndən beşin istərəm.
Mən Alıyam budur sözümün yeyi,Çağırram toyuma rəyyəti, bəyi.On beş put yağ gətir, qırx beş put düyü,El yeməyə əppək, aşın istərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-isterem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ləvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür