Nə həkim, nə loğman, nə cərrah qaldı,Yazdırmışam hər dəvaya dərdimi.Mənim dərdim hər bir dərddən uludur,Nə nər çəkər, nə də maya dərdimi.

İgid odu mayasını pak tuta,El içində öz-özünü xak tuta.Tüccar gərək bu dərdimi yük tuta,Mirzə gərək yaza, saya dərdimi.

Aşıq Alı deyər, ay günü qara,Bulunmaz dərdimə gəl eylə çara.Yusif getdi satılmağa bazara,Gedin deyin Züleyxaya dərdimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets