Dərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.Gen dünya başına yenə də dardır,Gizlin eşqləri bəyan eylərsən.Yenə sığışmırsan bu dar qəfəsə,Alovlar qatırsan çıxan nəfəsə.Keçdi xəyahmdan yenə də kimsəGözümün yaşını rəvan eylərsən.Yenə dərd əlindən gəlmisən cana,Eyləmisən məni dəli-divanə.Əridi şam kimi can yana-yanaKəsilir, doğranır, fəğan eylərsən.Qaranlıqdır sənə hər işıqlı gün,Yanarsan daima, çıxmaz tütünün.İnsafa gəl könül, mənə şən görün,Axan yaşlanmı ümman eylərsən.7 dekabr 1937, Bayıl həbsxanası

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets