Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.Çıxdım ki, yollardan alayım soraq,Xəbər verən yoxdur, sorma dedilər.Aynlınca hilal qaşlı yanmdan,Mən yaslara batdım, geymədim əlvan.Düşünüb o yıldız gözləri hər an,Ağlarkən, kəndini yorma dedilər.Könül şəkvəsini kimə söyləsin?Qəlbimin dərdini kimlər dinləsin?Səni sevən, sənsiz ömrü neyləsin?Dalınca qoşarkən, varma dedilər.Mənim gözlərimdən günəş çəkildi,Parlaq həyatıma zülmət töküldü.Vərəmli qəlbimə oxlar dikildi,Q°y axsın qanlan, sarma dedilər.Günəşim bir daha doğmayacaqmı?Vəhşi qaranhğı boğmayacaqmı?Kölgələri şəfəq qovmayacaqmı?Sordum, ümidini qırma dedilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets