Dönübdü
Pozuldu dövranım, nəs gəldi ilim,Mən gördüyüm o zəmanə dönübdü.Uçubdu bülbülüm, boş qalıb gülüm,Bahar-yazım zimistana dönübdü.
Solubdu bağçamın gülü, şəbnəmi,Bürüyüb sinəmi möhnətin qəmi.Yavaş-yavaş çatır ayrılıq dəmi,Dərdim artıb bir ümmana dönübdü.
Talanıb dövlətim, tükənib varım,Arif məclisində görünmür yerim.Ərşə çəkilibdi yuxum, qərarım,Rəxti-xabım şahmarana dönübdü.
Etibar qalmayıb qohum-qardaşda,Günah çoxdur eli qatan əyyaşda.Mərdlər batindədi, gədalar başda,Bəxti qalxıb Temir xana dönübdü.
Fələyin felindən olmadım halı,Gətirdi başıma min qilü-qalı.Mahalım Göyçədi, öz adım Alı,Qapı-bacam dəyirmana dönübdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-donubdu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Səfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Kim varıb kuyinə ol qaməti-rənayə baxarKim varıb kuyinə ol qaməti-rənayə baxar,Elə bilsin ki, girib cənnətə, tubayə baxar.
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.
Bizüm ile şol hûnî gözün ala mı billâhBizüm ile şol hûnî gözün ala mı billâhAldı gönüli cânı dahi ala mı billâh