Nə qədər dolandım Turan eliniYenə öz torpağım yadıma düşdü.Sarınər yaylağı, Göyçə mahalı,Öz gözəl oylağım yadıma düşdü.

Gəlib xəyalımdan keçdi o çağlar,Yay fəsli atlanıb gələn qonaqlar.O güllü, çiçəkli alışan dağlar,O Qiblə bulağım yadıma düşdü.

Qızıl dağı, Məciddinin oylağı,Doğma yurdun doğma odu, ocağı.Alının köksündə hicranın dağı,O qaymaq dodağım yadıma düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland