Bizə göndər
İstəkli sevgilim, qəlbimin pəri,Qaymaq dodağından bal bizə göndər.Ağlımı alıbdı sənin camalın,Zülfunün ucundan al bizə göndər.
Mən səni sevmişəm dünya üzündə,Qəlbim qaldı sənin şəhla gözündə,Vədə verdin düz olmadı sözün də,Sözün düz olmasa, nar bizə göndər.
Ürəyim şüşədir, sındırma, əzmə,Dolanıb dünyanı əğyarla gəzmə,Əlimi uzatsam əlini üzmə,Üzsən də əlini, qar bizə göndər.
Bu dünya fanidir kimə qalıbdı?Dil bilməzin dərdi məni alıbdı.Bağban da olmasam, bağa salıbdıQızılgül olmasa, xar bizə göndər.
Aşıq Alı, çəkmə işvəli nazı,Götür əllərinə sədəfli sazı.Neynirəm var-dövlət, varımdı azıƏsəl də tapmasan dar bizə göndər.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-bize-gonder
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsunBu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən