Başına döndüyüm ədalət şahı,Şahım, bu yollara düşmə, amandı.Çuğul, şeytan sənə tələ qurubdu,Şahım, bu yollara düşmə, amandı.

Bu yolların içi dolu lil olur,Üstü bulud, altı quyu lil olur,Görürsənmi, şəmsi-qəmər ləl olur,Şahım, bu yollara düşmə amandı.

Əskiklərin sözü keçməz arada,Mərd iyidlər tez yetişər murada,Yazıq Alı ilqar qoydu burada, -Şahım, bu yollara düşmə, amandı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets