Məktəb nəyə lazım?
Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
On bir sənə mən eyləmədim ömrümü zaye,Asudə gəzib kəsb elədim fənni-sənaye,Ariflikimə eylədim insanları qane,Sərf etməmişəm bu iş üçün can, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Bir söylə nə lazım sənə bu fənn, bu sənət,Daim çalışıb verməlisən əyninə zinət,Qoysun «ürəfa» qismi gərək bığlara qiymət,Bığlardı qoyan düşməni heyran, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Hər öz adını yazmağa olmazsa savadın,Çək bığları, qorxma «ürəfa»dır yenə adın,Sən dəhrdə dadın ki, bilirsən iki zadın,Məktəb qutarıb olmusan insan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Arifliyin hər şərtini qan, eyləmə nöqsan,Heç firqəyə yan vermə, özün olma da insan,Olsun gərək aləmdə proqram sənə qur’an,Ol əsrdə bir tazə müsəlman, səni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Hər kəs nə deyir qoy deyə, sən boşlama karın.Fikrində məbada olasan qeyrətü arın,Var hər əməlin, qaldı fəqət birçə qumarın,Aylarca qumarxanada ver can, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-mekteb-neye-lazim
Use ← → keys to move, R for a random poem
More by this author
Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
XLIV. Bakıya doğruAlman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
Poems by other poets · Satire
Eyləmə qəm, ey başı boş bambılı,Dümbəyi çal düşgilə meydane sən
MüdirimInsafa gəlib rəhm elə mən zarə, müdirim!Qoyma məni bu dəhrdə avarə, müdirim!
Zilli-Sultana, amandır, verməyin İrana yolZilli-Sultana, amandır, verməyin Irana yol,Rəhm edin bir kərrə xəlqüllaha, Allah eşqinə!
Bəzi ticarət işçilərinəHər kəs mağazinlərdə ki xidmətdədir, oğlum,Beş gün olarin canları rahətdədir, oğlum!