Insafa gəlib rəhm elə mən zarə, müdirim!Qoyma məni bu dəhrdə avarə, müdirim!

Şerim daha bəsdir səbətə oldu həvalə,Qoy jurnalına nəzm yazım, müştəri alə.Gər qoymayıram fərq nə dəymiş, nə də kalə,Bu şerimi gəl sən, mən ölüm, salma çuvalə!Yandırma məni həsrət ilə narə, müdirim!Insafa gəlib rəhm elə mən zarə, müdirim!

Bir ay gecə-gündüz oluram şeirlə məşğul,Gah yazıram, gah pozuram, vaxt aparır tul;Bu şerimi vursan, olaram mən sənə lap qul,Çap etsən əgər, mən əvəzində verərəm pul.Çox baxma daha əyriyə, həmvarə, müdirim!Insafa gəlib rəhm elə mən zarə, müdirim!

Sən başlamısan: qafiyəsi əyri olubdur,Vəzni burada əyri düşübdür, tutulubdur;Vallahı, başım fikr eləməkdən yorulubdur,Bir bax səbətə, sovxana, şerimlə dolubdur.Düz gəlməyinə yox daha bir çarə, müdirim!Insafa gəlib rəhm elə mən zarə, müdirim!

Şair deyiləm vəzn ilə şeir eyləyim inşad,Ancaq yazıram xalq arasında qazanım ad;Hər kim məni gördükdə desin: afərin, ustad!Zəhmətlərimi lakin edirsən hələ bərbad.Oldum mən hədəf təneyi-əğyarə, müdirim!Insafa gəlib rəhm elə mən zarə, müdirim!

Bu dəfə də çap etməyəsən şerimi eyvah!Bir yaxşı düşün, eyləyirəm mən səni agah!Mən də olaram qeyz ilə bir zadəyə həmrah.Xəlqə deyərəm: müdir olub kafiri-gümrah.Axırda çəkərlər səni də darə, müdirim!Ver onda sən öz başına kəffarə, müdirim!Insafa gəlib rəhm elə mən zarə, müdirim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Papaq

Gecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...

23 min
Gülər

(Xatirat dəftərindən fraqmentlər)– Əsərdə bir azərbaycanlı qızın çadrasını atması göstərilir. Kino tamaşaçıları bu bircə qızın da azərbaycanlı olmadığını öyrənincə, nə düşünə bilərlər? Ikicə gün də gözləyin, mən azərbaycanlı qızı taparam, – dedim.

12 min
Firuzə

O, gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dodaqları vardı.Doğrusu, bu qız məni çox maraqlandırırdı. Onun daima daxili bir həyəcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vəzifəsində olduğumdan onun bu düşüncə və dalğınlığının səbəbini soruşub öyrənə bilmirdim.

21 min
Cəfər Cabbarlının İsmayıl Hidayətzadəyə yazdığı məktub

Hidayətzadə Suxumidə müalicə olunarkən Cabbarlının ona yazdığı məktubundan. Söhbət «Almas» əsərinin tamaşaya qoyulmasından gedir.«Almas»ı vermişdilər Mayorova. Oxuyub, çox xoşuna gəlib… deyir «potryasayuşie ssenı»ları vardır. Ancaq o, martın 25-dən özünü bizim teatrın rasporyajenisinə verə bilər, çünki o vaxta qədər «Qore ot uma» qoyacaqdər. Ona görə mənə təklif etdilər ki, sən özün Əliağa (Əliyev-rejissor) ilə birlikdə verginən. (Hələ orasını sənə yazım ki, məni beş-altı gündür prikaz ilə rejissorluğa keçiriblər…) Mən dedim istəmirəm… Çünki o dəyişikliyi ki, onlar istəyirlər, mən razı ola bilmərəm. Onlar deyirlər ki, heç bir şeyi dəyişdirmək istəmirik, ancaq bir kəlmə artır ki, Almas kommunistkadır… Mən deyirəm ki, Almasın təbiəti tam başqadır… Onun bir çox səhvləri vardır. Naivnidir və i.a. kommunist olsa, onun şəxsiyyəti ilə tutduğu vəziyyət arasında proval əmələ gələr… Mən deyirəm qoyun bu il qalsın… Razı olmurlar…….

19312 min

Poems by other poets · Satire