Tənqidə eşqi var, qələmim mahiranədir,Hər söz ki yazdı, baməzədir, Sabiranədir!

Baxmaz yalançı nasirə, ya lovğa şairə,Sevməz vəzifə, rütbə, yalaqlıq, nə xatirə.Qorxmaz çıxardar eybini kim olsa zahirə,Şerə yamaq vuranlara bir taziyanədir,Tənqidimiz bu kimsələrə Sabiranədir!

Var bəzi şair, indi də əşara nabələd,Fərq etsə də əruzu hecadan qələt-qələt,Hər yerdə göstərər özünü “əhli-mərifət”.Bu “təb” ilə sanır ki, “ədibi-zamanə”dir,Tənqidimiz bu kimsələrə Sabiranədir!

Var bəziləri ki, düz yaza bilmir öz adını,Bir şer söyləyəndə qırır qol-qanadını,Diplomda “ali” zənn eləyirsə savadını,Əslində bunlar elmü sənətdə miyanədir,Tənqidimiz bu kimsələrə Sabiranədir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire