Kirpi dayı, hər dəfə keçməz belə,Öz gələcək günlərini fikr elə,Jurnala az yaz, bizi tənqid elə.Biz demirik, tənqidin irad deyil,Ya bizə təsir eyləyən zad deyil.

Var elə “oğlan” yetişib qırx beşə,İndiyəcən kəsb eləmir bir peşə,Müftə yeyir, getməyir tənbəl işə,Sənətə, elmə əyilən zad deyil,Tərbiyəsizdir, qanan övlad deyil.

Bir neçəsin danlayıram, – Ay bala,Budkada telfonları az qurdala.Pul salıram, bir də qayıtmır dala,Avtomata, sən demə, bir zad deyil,Ya onu icad edən ustad deyil.

İndi nəzakətdən açaq söhbəti,Bəzi cavanlardan edək qeybəti,Eyləməyirlər qocaya hörməti.Ədəb və hörmət ki ayıb, zad deyil,Şəninə layiqsiz olan ad deyil.

Bax qocadan nifrət edən oğlana,Gördü məni, tutdu üzün tez yana.Açdı tramvayda qiraətxana.Guya ki, o, elmi sevir, yad deyil,Yaxşı görür gözləri, kor-zad deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice