Pəncərəni külək döyüb ağlasa,Eyvanına quşlar qonub ağlasa,Ürəyini nalən yonub ağlasa,İçində yan, ağı deyib, ağlama,Ağlamağın yeri deyil, ağlama.

Bu döyüşdü – əzilən var, əzən var,Ölüm hökmü qoltuğunda gəzən var;Burda «bizik», nə «mən» vardır, nə «sən» var.Yox, ağlama, ana millət, ağlama!Qorxuram ki, sına millət, ağlama.

Hayqır, könül, bundan betər çağ hanı?İnsan yanır, torpaq yanır, dağ yanır.Bacım, indi ağlamağa vaxt hanı?Qardaş deyib, yurddaş deyib, ağlama!Ağlamağın yeri deyil, ağlama.

Əyilməkdir ağlamağın tərs üzü,Dərdi dartıb üzməyəni dərd üzür,Ağlayanı tez də tapır dərd-hüzür,Bəlkə tanrı belə yazıb, ağlama.Səsini boğ, millət qızı, ağlama.

Bu torpağın son qurbanı mən olsam,Öz odumda yanıb külə tən olsam,Eldən ötən güllələrə dən olsam,Ata millət, «oğul», deyib, ağlama,Ağlamağın yeri deyil, ağlama!

3 mart 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice