İndi bizim ölümlə,Çarpışan çağımızdı.Ölümün boğazından,Yapışan çağımızdı.Ölümlə tərcümansızDanışan çağımızdı.Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!

Bu, ölüm – qan yoludur,Ölümdən, qandan keçir.Bir qolu da qıvrılıbAzərbaycandan keçir.Dövran bizdən bac alır,Şöhrət bizdən yan keçir.Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!

Bu yolda əyilənə:«Ölüm haqdı», – deyirik.Əbədi məzarımızBu torpaqdı, deyirik.Vətən göyü dəyişməzGöy bayraqdı, deyirik.Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!

Bu, səhra məhkəməsi,Bu, onun qərarıdı:«Bircə addım arxadaSon ümid divarıdı!»Bu yurdda yaşamağaHaqqı yox, – «fəraridi!»Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!

Gücünə qəzəbini,Zəhmini də qata bil,Düşmənin marığındaPələng kimi yata bil.Bu dağları baba bil,Bu daşları ata bil!Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!Bizi Vətən çağırır!!!

20 may 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death