Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.

Yandırub hicran odu könlümü verdi badə gör,Dutdu əflaki-cəhani geydi gög də qarələr.

Düşdü hüsnin mənzərinə canü dil bu gözlərim,Çarə yox, naçar olubdur, neyləsin biçarələr.

Tərk edüb qoydum, gedərəm, xanü mani, mülki uş,Hicrin etdi mən qəribi üştə gör avarələr.

Maqta — the closing couplet bearing the poet’s pen name. Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl,Qəbrinə basgil, eşitgil səd hezaran nalələr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation