Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.

Sinəmi qarşu tutaram, kuyinə ol dilbərin,Sağınuram dəmbədəm Veysi-Qərindən bu gəlür.

Həsrətindən dilbərin düşdüm Sərəndib kuhinə.Aşiqi-dilxəstəni hərdəm sorur ahu gəlür.

Canımı qurban qalardım, yoluna ol dilbərin,Ol zəmandan kim, deyərlər ol büti-məhru gəlür.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, sən vücudin cuyini pak eylə gəl,Çünki, pak olsa ona sərçeşmədən bir su gəlür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love