Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs,Olmasın eşqindən ayru təndə canım bir nəfəs.

Ey pəri, hərdəm nigəhban qapuna hacət degil,Kim yetər küyində hər şəb naləvü ahim cərəs.

Neylərəm eşqindən ayru dünyənin ləzzatini,Kim hüzuri-dil ğəmi-mehrin mənim könlümdə bəs.

Çün əzəldən eşqiniz canımda həqdəndir nəsib,Həq bilür kim, ta əbəd könlümdə vardır ol həvəs.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, ğəm yemə, hər sözdə şükr et xaliqə,Çün sana hər işdə daim həqqdir fəryadrəs.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love