Qırxlar meydanına vardım,Gəl bəri, ey can, dedilər.İzzət ilə salam verdim,Gəl uş də meydan dedilər.

Qırxlar bir yerdə durdular,Otur deyə yer verdilər,Önümə surba sərdilər,Əl loğmaya sun dedilər.

Qırxların qəlbi durudur,Gələnin qəlbin arıdır,Gəlişin hardan bəridir,Söylə, sən kimsən? – dedilər.

Gir simayə, belə oyna,Silinsin, açılsın ayna,Qırx il qazanda dur, qayna,Daha çiy bu tən dedilər.

Gördüyünü gözün iləSöyləmə sən sözün ilə,Ondan sonra bizim iləOlasan mehman dedilər.

Düşmə dünya möhnətinə,Talib ol haqq həzrətinə,Abi-Zəmzəm şərbətinəBarmağını bən dedilər.

Şeyx Xətayi, nədir halın?Haqqa şükr et, qaldır əlin.Qeybətdən kəsə gör dilin,Hər qula yeysən dedilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets