Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər,Qanlu yaşım nəm təki dolmuşdur ondan sərbəsər.

Nalələr kim, gecələr ta sübh olunca eylərəm,Qorxuram hicrindən anun razi-pünhanım açər.

Necə sərxoş olmasun dövrindən anun dilbərim,Nərkizi-məstaniniz kim, su kimi qanım içər.

Leyli zülfinin ğəmi qıldı pərişan əqlimi,Eylə Məcnunəm ki, Məcnun görsə həm məndən qaçər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çox yaşagil, çün mənə yar olmadın, ey səngdil,Bu Xətai oldu qəhrindən sənin zirü zəbər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love