Ta ki, dərdindən olubdur yürəgim sədparələr
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ta ki, dərdindən olubdur yürəgim sədparələr,Tiği-eşqin yürəyimin səd həzaran parələr,
Ay yüzündən ayru gördüm dideyi-bixabimi,Göy yüzündə uymaz oldu hər gecə səyyarələr.
Zahida, sən fariğ ol, ahimdən ikrah eyləmə,Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr.
Yaralı bağrım qanın tökdü gözümdən dəmbədəm,Gör, nələr qıldı mənə, şol nərkisi-xunxarələr!
Çıxmasa miskin Xətai könlü zülfindən nola,İşi seyr olur onun hər xanda var səyyarələr.
Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimni hərdəm eylər yarələr.
Yandırub hicran odu könlümni verdi badə gər,Dutdu əflaki-cahani, geydi gög də qarələr!
Düşdü hüsnin bəndinə canilə dil, bu gözlərim,Çarə yox, naçar olubdur, neyləsin biçarələr.
Tərk edib, qoydum, gedərəm, xanimani, mülki uş,Hicrin etdi mən qəribi, üştə gör, avarələr.
Maqta — the closing couplet bearing the poet’s pen name. Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl,Qəbrinə basgil, eşitgil səd-həzaran nalələr.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-ta-ki-derdinden-olubdur-yuregim-sedpareler
Use ← → keys to move, R for a random poem
More by this author
Ey sənəm, neyçün sənin vədən xilaf olmuş durur?Mehrin az olmuş, vəli, qəhrin kəzaf olmuş durur?
Eylədim bünyad əvvəl bəndə az nami-xudaEylədim bünyad əvvəl bəndə əz nami-xuda,Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza.
Əhli-həyatə söylərəm, ey həyyi-laməmatƏhli-həyatə söylərəm, ey həyyi-laməmat,Fani cahanda kimsəyə munis deyil həyat.
Ənbərin, zülfinmidir, ya müşki-tatarın dururƏnbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
Poems by other poets · Love
İki şəş fasildə tifli-pistanam,Altıda yox atam, nə də anam indi.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.