Əhli-həyatə söylərəm, ey həyyi-laməmat
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Əhli-həyatə söylərəm, ey həyyi-laməmat,Fani cahanda kimsəyə munis deyil həyat.
Baqidir ol ki, derlər ani vacibəlvücud,Fərmandır ana mümtənat ilə mümkinat.
Can bəxş edər, məmatə ləbin, ey məsihi-dəm,İsalərin əcəbmi dəmindən bu möcüzat.
Şətrənc dəhr içindəki at oynadan hani?Təqdir beydəqi anı bir dəmdə qıldı mat.
Çün qul olan qapında görər qədr səltənət,Bir qulunam ki, vermişəm ol qədr içün bərat.
Yetməz Xətai zikri-ilahın nüfusinə.Bir zat imiş ki, irməz ona zatilən sifat.
Sərxoşi-cami-ələstəm, ta əbəd hüşyar məst,Məsti-Layəqəl gəzər, mən şəhr içində ar məst,
Sordular məndən ki, neyçün bidil oldun, mən dedim;Ol səbəbdən bidil oldum, dilbərü dildar məst.
Həqqinə aşiq olanlar cana şirin qalmasın,Didara müştaq olanlar, qibləsi didar-məst.
Hər qəmişdən şəkkər olmaz, hər tikəndən tazə gül,Hər keyikin göbəyindən nafəyi-tatar məst.
Adəmi oldur ki, onda lütfü hüsnü xülq ola,Adəmi demə ona kim, cübbəvü dəstar məst.
Maqta — the closing couplet bearing the poet’s pen name. Daima istər Xətai, şah cəmalın görməgə,Şol gədayi-alihümmət talibi-didar məst.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-ehli-heyate-soylerem-ey-heyyi-lamemat
Use ← → keys to move, R for a random poem
More by this author
Övliyadan hasil etdik eşq ilə sevdayi biz;Zahidə verdik onunçün zöhdilə təqvayi biz.
Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdürPərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür,Ucundan dürlü sevdalar xəti reyhanə düşmüşdür.
Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olurPərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur,Binəvadır ki, vüsalından həbibin dur olur.
Qamətindən münfəildir sayeyi-sərvi büləndQamətindən münfəildir sayeyi-sərvi bülənd,Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd.
Poems by other poets · Love
Yetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!