Dəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.Hər nə var səndən keçər, elə bil candan keçər,Sən etdiyin xəyalları, bilirəm yavaş-yavaş.

İnsan oğlu sən də gələcəyindən baş-ayaq,Necə oldu dəryadan qalmadı baci-xərac.Yüz il əmək çəksən bütün hamısı daş-qalaq,Axrın beş arşın ağdı, bükərlər yavaş-yavaş.

Əzrayıl başda oturub, əcəl ayaqdan gələr,O xudam əmr eləsə, fərman bayaqdan gələr.Hər nə var haqdan gələr, görmə kimsədən gələr,Yetmiş iki damarını çəkərlər yavaş-yavaş.

Qərib oğlu Aşıq Qasım, necə gəldin azara?Min bir loğman təbib gəlsə, dərman olmaz yarama.Ciyərimdən olmuşam hamısı gedir məzara,Uçubdur könlüm evi, gedirəm yavaş-yavaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation