Çevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.

Sən belə getməginən həsrət-firqət adınaYanmışam, yaxılmışam dildar, dilbər getmə.

Ey sərv qamətli canan, gəl sərimə sal sayaQəribəm binəvayam sən ol havadar getmə.

Sən təbibsən mən zəif dərdimə çarə gərəkSonra dərmansız ölər bu xəstə bihar getmə.

Qorxuram ki, gedəm xoş məzarın təlx edələrYolunu bənd eyləmiş bədguh-bədgar getmə.

Qayit allahı sevərsən bu könlümü şad eyləDanış şirin dilinən bir neçə göftar getmə.

Aç qolunu sal boynuma sarmaşğınan ay dostQoy baxıb əğyar sözünə bu qədər……….

Baxıb əğyar sözünə bu qədər incitmə məniNə demiş xilaf demiş o binur bimar getmə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yalvara, yalvara busə verib peşman oldunCümədən küsməginən səndədir ixtiyar getmə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love