Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.

Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan,Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək.

Əl şüşə, barmaq qələm, dırnaq sədəf başdan-başa,İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək.

Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz,Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək.

Avazı bülbül kimi, danışanda dür tökülə,Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək.

Hər səhər min naz ilə sığallanıb qarşı çıxa,Yerişi kəklik kimi, həm libası məxmər gərək.

Ağıl ola başında cəm, həm gözləyə namus-arı,Ədəbi-mərifəti, el dilində əzbər gərək.

Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan,Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu nişanda sən kimi məhbubənin xidmətinə,Mən kimi, Molla Cüma, bir cigəri əxtər gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love