Eşq meydanında hər kim can ilən baş oynadır,Yar önündə qəmzədir, kiprigilən qaş oynadır.

Şahi-mərdanın yolunda çox kişi vardır, vəli,Afərin ol başə kim, min başə bir baş oynadır.

Şah qatında məhrəm olub, canü başından keçər,Sanma kim yarı önündə dəgmə fərraş oynadır.

Dün mənimlən rubəru buldu nigar, öldü rəqib,Gözlərilən çox işarətlər qılur qaş oynadır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, qəm yemə, çün düşmənin oldu yüküş,Müddəi daim iraqdan kərpücü daş oynadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love