Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!

Rəvadır təşneyi-cami-məhəbbət meydən əl çəksin,Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?!

Ol anda fəsli-gül tər qönçənin arayiş əyyami,Qoyarmı eşq şeyda bülbülü gülzardən keçsin?!

Keçər nazü nəimi-cavidandan aşiqi-sadiqVə lakin müşkül işdir ləzzəti-didardən keçsin.

Olur keçmək Bədəxşan ləlinin alafü əlfindən,Çətindir aşiqə ləli-ləbi-göftardən keçsin.

Mənim mehrabü qibləm taği-əbruyi-bütan olmuş,Məazəllah ki, zabid qibleyi-əxyardən keçsin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Olub Qumridən ötrü rişteyi-can gisuyi-canan,Məgər candan keçib ol türreyi-tərrardən keçsin?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love