Səndən uzaqlarda
Səndən ayrıldığım on gün olsa da,Lakin hər günümü bir il sanmışam.Hər axşam yananda göylərin şamıHicrində od tutub mən də yanmışam.Bəzən qəlbim dolmuş, qəlbim ağlamışBaharın ağlayan buludları tək.Bəzən də könlümdə sellər çağlamış,Sinəmə sığmamış, sığmamış ürək.
Anlar donub qalmış qurğuşun kimi,Hər anım bir günə bərabər olmuş.Burda dəniz gözəl, təbiət gözəl,Lakin tənhalıqdan qəlbim yorulmuş.Səndən ayrıldığım on gün olsa da,Lakin hər günümü bir il sanmışam.Səni görmək üçün, əziz sevgilim,Hər səhər, hər axşam qanadlanmışam.Lakin nə əlinə çatmış əllərim,Nə də gözlərinə gözüm sataşmış.Xəyallar aparmış, aparmış məni,Kədərim yenə də başımdan aşmış...Hər axşam sahilə yalqız çıxıram,Gündüzlər xəyalın gəzdirir məniYuxusuz gecələr sən həmdəmimsən,Yatarkən yuxuda görürəm səni.Lakin düşünürəm hicran olmasa,Vüsalın qədrini bilməzdi insan.
Səndən uzaqdayam, uzaqlarda mən,Vüsalı görünən bu acı hicranMəni düşündürür, məni yandırır,Eşqimin yolunu işıqlandırır.Görürəm, nə qədər sevirəm səni,İllər ayırsa da, sevgimdən məniTək səni sevirəm, tək səni yalnız.İnsan öz eşqinə olmaz vəfasız!
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-senden-uzaqlarda
Use ← → keys to move, R for a random poem
More by this author
“Anam Təbriz mənə gəhvarədə söyləyərdi, yavrum, bil,*Sənin qalmış o tayda xallı, telli bir xalan vardır.*
DördlüklərDərindir kamalın dəryası dərin,Onun dalğasında kükrəyən xəyal.
Bir nəğmə itirmişəmBir nəğmə itirmişəm,İtən yar nəğməsiydi.
Qaranquşlar qayıdandaGələcəyəm sənə qonaqQaranquşlar qayıdanda.