Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.

Qivami-ünsüriyyətdən qivayi-xəmsə süst oldu,Yəqin abai-ülvi iltifatından əyan keçdi.

Yavuqlaşdı dəmi-rehlət, təravətdən düşüb qamət,Olub əfsürdə bərgi-tari çün sərvi-rəvan keçdi.

Ağardı muyi-sər, qaldı ziyadən çeşmi-nurani,Məqali-söhbəti-əhli-ləbi-şəkkərfişan keçdi.

Münadi qeybdən eylər nida, ey bixəbər, yatmış,Oyan bir xabi-qəflətdən, yatıbsan çox, zaman keçdi.

Cərəs fəryad edər, qom-qom vurarlar kus peydərpey,Qətari-köç yükləndi sərasər, karivan keçdi.

Sərayi-ariyətdə hər gələn beş gün qalır mehman,Rəfiqü aşina getdi, təmamən həmzəban keçdi.

Rəcul səyyadi müstəhzər durubdur can sorağında,O vaxt agah olursan kim, çıxıb əldən inan keçdi.

Dayanmaz masələf gəl ma-sə-yəti üstə fikr eylə,Görürsən bir zaman əldən behişti-cavidan keçdi.

Gedər dünyayi-fani, axirət əmrində qıl çarə,Keçənlər ya qəminü ya həzin, ya şadiman keçdi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gəlir bir gün deyər qədrin bilənlər heyf dünyadan,Qoyub nəzmi-dürəfşan Qumriyi-şirinzəban keçdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets