Bənzərsən
Süsənli, sünbüllü, tər bənövşəli,Yaylaq, bizim yaylaqlara bənzərsən.İçən ölməz abi-kövsər suyunu,Bulaq, bizim bulaqlara bənzərsən.
Cənnət olub bizim yerin bu çağı,Ağ lavaşı, kərə yağı, qaymağı,Qızlar dəstələnib gəzər oylağı,Oylaq, bizim oylaqlara bənzərsən.
Ket Dağı, Əyricə, Daşkənd baxarı,Ağ sürülər, Sarıyaldan yuxarı,Var bizim suların əcəb axarı,Çaylaq, bizim çaylaqlara bənzərsən.
Alının gəzdiyi üç gözəl dərə,Şeqaiq, Çiçəkli, xoş Cözəldərə,Şahdağdan görünür Başgözəldərə,Uç dağ bizim, o dağlara bənzərsən,
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-benzersen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir qız qarlı qış günündəDibçəkdə bir gül bitirdi.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər